● FAQ / Tez-tez verilən suallar

Sualınıza tez cavab tapın

Sayt, web proqram təminatı, rəqəmsal xidmətlər, texniki dəstək və müraciət prosesi haqqında ən çox verilən suallar burada toplanıb.

15 Hazır cavab
5 Kateqoriya
24/7 Məlumat əlçatanlığı

Ümumi suallar .

3 sual və cavab

Bu sayt üzərindən təqdim etdiyim rəqəmsal xidmətlər, hazırladığım layihələr, görülən işlər və əlaqə məlumatları təqdim olunur. Məqsəd müştərilərə xidmətlər haqqında aydın məlumat vermək və müraciət prosesini rahatlaşdırmaqdır.
Saytdakı əlaqə bölməsindən müraciət göndərə, telefonla əlaqə saxlaya və ya email ünvanı vasitəsilə yazılı müraciət edə bilərsiniz.
Müraciətlər adətən mümkün olan ən qısa zamanda cavablandırılır. Layihənin mövzusu və müraciətin detallılığından asılı olaraq cavab müddəti dəyişə bilər.

Sayt və web layihələr .

3 sual və cavab

Saytın strukturunun qurulması, dizaynın hazırlanması, səhifələrin yaradılması, mobil uyğunlaşdırma, əlaqə formu, SEO üçün ilkin optimizasiya və admin paneldən idarəetmə kimi hissələri əhatə edə bilər.
Bəli. Saytdakı menyular, səhifələr, şəkillər, slayderlər, tərəfdaşlar, media arxivi və digər bölmələr admin paneldən idarə oluna bilər.
Bəli. Hazırlanan saytlar mobil, planşet və kompüter ekranlarına uyğunlaşdırılır. Məqsəd bütün cihazlarda rahat istifadə təcrübəsi yaratmaqdır.

Web proqramlar və idarəetmə sistemləri .

3 sual və cavab

Web proqram təminatı biznes proseslərini brauzer üzərindən idarə etməyə imkan verən xüsusi sistemdir. Məsələn CRM, rezervasiya sistemi, kommunal hesablama, icarə idarəetməsi, anbar və hesabat sistemləri buna nümunədir.
Bəli. Biznes prosesiniz analiz olunur və ehtiyaclarınıza uyğun modul, istifadəçi rolları, hesabatlar, import/export və idarəetmə funksiyaları olan sistem hazırlana bilər.
Bəli. Mövcud məlumatlar uyğun formatda analiz edildikdən sonra sistemə import oluna və idarə edilən strukturda işlədilə bilər.

Rəqəmsal xidmətlər .

3 sual və cavab

Bəli. Google Business, Google Analytics, Google Ads, Yandex platformaları və əlaqəli hesabların qurulması, idarə edilməsi və texniki problemlərin araşdırılması üzrə dəstək verilə bilər.
Meta platformasında səhifə idarəetməsi, reklam yönləndirmələri və əsas texniki dəstək, YouTube kanal idarəetməsi və strukturlaşdırma üzrə məsləhət və praktiki dəstək göstərilə bilər.
Bəli. Kompüter, şəbəkə, istifadəçi dəstəyi, sistemlərin qurulması, ilkin təhlükəsizlik məsləhətləri və rəqəmsal proseslərin optimallaşdırılması üzrə dəstək verilə bilər.

Təhlükəsizlik və məlumatlar .

3 sual və cavab

Müraciət formalarında təhlükəli link, script, fayl adı və icra olunan məzmunlar bloklanır. Formlardan yalnız mətn əsaslı məlumatların göndərilməsi nəzərdə tutulur.
Xeyr. Şifrə, token, bank məlumatı və digər məxfi informasiyaları müraciət forması ilə göndərmək tövsiyə edilmir. Lazım olduqda təhlükəsiz əlaqə kanalı ayrıca razılaşdırıla bilər.
AI bot müvəqqəti deaktiv edilə bilər. Aktiv olduğu halda yalnız sayt daxilindəki məlumatlar əsasında istifadəçini uyğun bölmələrə yönləndirmək üçün nəzərdə tutulur.
Axtarışınıza uyğun sual tapılmadı. Müraciət göndərərək sualınızı bizə yaza bilərsiniz.

Cavab tapa bilmədiniz?

Sualınızı əlaqə formu vasitəsilə göndərin. Mövzunu qısa və aydın yazmağınız cavablandırmanı sürətləndirir.

Müraciət et